BAKI, 10 avqust - Sputnik. Fələstin prezidenti Mahmud Abbas avqustun 12-də Rusiyaya gələcək. Иг ифкэвэ Fələstinin Moskvadakı səfiri Əbdülhafiz Nofəl RİA Novosti-yə bildirib.
Agentliyin məsələ ilə bağlı sualına cavab olaraq diplomat "Bəli" deyib.
Xatırladaq ki, bundan əvvəl RİA Novosti-yə diplomatik mənbə bildirib ki, Abbasın Rusiyaya səfəri avqustun 12-14-ə planlaşdırılıb.
O da bildirilib ki, avqustun 13-də Abbasın Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, səfər zamanı Yaxın Şərqdə vəziyyətin normallaşdırılması ilə bağlı çox mühüm söhbət aparılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.