BAKI, 10 avqust — Sputnik. Bağırsaq mikrobiotası beynin sağlamlığına və funksiyasına ciddi təsir göstərir.
Bunu Rusianın "Dietelle" şirkətinin baş dietoloqu Kseniya Molçanova bildirib. Mütəxəssis bu gözlənilməz amili Lenta.ru ilə söhbətində açıqlayıb.
Molçanova, uzun müddət mikrobiotanın yalnız həzmə təsir etdiyinə inanıldığını söyləyib.
Ancaq son araşdırmalar insan bağırsağında "ikinci beyin"in olduğunu göstərib.
Dietoloqun sözlərinə görə, bu özünəməxsus bağırsaq sinir sistemində milyonlarla neyron var və qidanın tərkibi, aclıq, iltihab və digər vacib amillər haqqında siqnalları ötürmək üçün beyinlə birbaşa "əlaqə qurur".
Üstəlik, bu rabitə kanalı hər iki istiqamətə işləyir. Mütəxəssis vurğulayıb ki, beyin sağlamlığı əsasən ondan asılıdır.
Texas Universitetinin Elm Mərkəzindən professor Mark Laytın rəhbərlik etdiyi araşdırma, bağırsaq mikrobiomlarında baş verən dəyişikliklərin beynin idrak funksiyasına təsir göstərdiyini və dad üstünlüklərini müəyyən edə biləcəyini müəyyən edib. Bu, bağırsaqlarda yaşayan mikroorqanizmlərin beyin sağlamlığı üçün zəruri olan neyroaktiv maddələr istehsal etməsi ilə əlaqədardır.
Molçanovaya görə, bağırsaq mikroflorası ilə insanın əhval-ruhiyyəsi arasında da əlaqə var, çünki bağırsaq bakteriyaları əhval-ruhiyyəni, yuxunu və iştahı tənzimləyən serotonin və dopamin istehsalına təsir göstərə bilər.
"Bundan əlavə, mikrobiotanın tərkibi piylənmə, şəkərli diabet, autizm, Alzhaymer xəstəliyi və depressiya da daxil olmaqla bir çox xəstəliklərin inkişafına təsir göstərir", - ekspert xəbərdarlıq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.