BRICS təşkilatı 2009-cu ildə müxtəlif qitələrdən olan dörd dövlət - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika Respublikası da bu assosiasiyaya qoşulub.
Daha sonra bu ilin əvvəlində daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya təşkilata qoşuldu. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib.
BRİKS nəhəng resurslara malik böyük və sürətlə inkişaf edən dünya iqtisadiyyatlarının birliyidir.
İnfoqrafika: BRICS ölkələri 2024
© Sputnik / Elnur Salayev
Beləliklə, BRİCS ölkələrinin payına planetin əhalisinin 43 faizi (3,5 milyard nəfər) və qlobal ÜDM-in 27 faizi düşür. Bu ölkələr həm də dünya ticarətinin 15%-ni təşkil edir.
Qeyd edək ki, Milli Məclisin (MM) sədri Sahibə Qafarova X BRİCS Parlament Forumunun plenar iclasında çıxışı zamanı Azərbaycanın BRİKS-in tamhüquqlu üzvü olmaq istədiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.