BAKI, 9 avqust — Sputnik. C vitamini ilə zəngin, turş dadı və gözəl ətri ilə milli məişətimizin vazkeçilməzi olan limonun indiyə qədər elmə məlum olmayan sirləri üzə çıxıb. Sən demə, o, həm də təbii antidepresant imiş. Belə ki, limon insanın əhval-ruhiyyəsini yüksəldir, depressiya və qorxu hissinin müalicəsində çox effektlidir.
Otağa qoyulan limonun faydaları
Limonun ətri zehnə hədsiz dərəcədə müsbət təsir edir. O, həm də gərginlik və depressiya ilə mübarizə aparmağa kömək edir. Limon ağaclarını elit restoranların yanında ona görə əkirlər ki, bu bitki müştəriyə özünü daha komfortlu və təhlükəsizlik hiss etməyə kömək etsin! Limonun ətri isə hər evə sakitlik gətirəcək!
Ekspertlər deyirlər ki, limon başın dərisini təmizləmək üçün də ideal vasitədir. Eyni zamanda piqment ləkələri, çapıqlar və sızanaq kimi bəzi dəri problemlərin aradan qaldırılması üçün də çox faydalıdır.
Limonu yarı bölüb dərinin problemli hissələrini təmizləmək, qaralmış diz və dirsəkləri ağartmaq mümkündür.
Bu məhsul dırnaqları ağartmaq üçün də istifadə edilə bilər.
Limon mədə pozğunluğu və revmatizm, artrit kimi bir çox xəstəlikləri asanlıqla sağaltmaq xüsusiyyətinə malikdir. Odur ki, həddi aşmamaq şərtilə hər gün limon suyu içmək məsləhətdir!
Limon orqaznizmi vəba və malyariya kimi xəstəliklərdən də qoruyur. Çünki o, təbii qan təmizləyicidir.
Gündəlik limon istifadəsi qocalma əlamətləri də aradan qaldırır. Limon A, E, dəmir, kaliun, maqnezium və vitaminlərlə zəngindir.
Limonu təbii hava təmizləyici kimi də istifadə etmək mümkündür. Bunun üçün sadəcə, limonu 4 yerə bölüb yataq otağına qoymaq kifayətdir. Limonun ətri beynə pozitiv siqnallar göndərərək insanı sakitləşdirir, onun əhval-ruhiyyəsini qaldırır və problemlərin öhdəsindən gəlməyə kömək edir.
Bu unikal sitrus bitkisi astma, allergiya və ya soyuqdəyməyə qarşı təbii dərmandır. Limon qoxulamaqla boğaz və yuxarı tənəffüs yollarını təmizləmək mümkündür.