BÖLGƏ

Sarqsyan ailəsi Ermənistan prokurorluğunun hədəfində: Mülkləri əllərindən alınacaq

Narek Sarqsyan bir müddət xaricdə gizlənib, lakin 2018-ci ilin dekabrında Praqada Franklin Qonzales adına pasportla saxlanılıb və bir ildən sonra Ermənistana ekstradisiya edilib.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Ermənistanın üçüncü prezidentinin qardaşı Aleksandr Sarqsyan, həyat yoldaşı və oğulları qanunsuz əmlakın müsadirəsi ilə bağlı iş çərçivəsində prokurorluğa dəvət edilib.
Ermənistan mediası xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onlara əmlaklarının mənşəyini araşdırdıqları barədə məlumat verib və onların müsadirə olunmalı olduğu qənaətinə gəliblər.
Eyni zamanda nəzarət qurumu konkret olaraq nəyə əl qoyulmasının planlaşdırıldığı, ümumi dəyərin nə qədər olduğu barədə məlumat vermir. Bu qeyri-müəyyənliyin səbəbi məhkəmədə hüquqi mənşəli sübutların təqdim edilə bilməsidir.
2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Aleksandr Sarqsyan və onun oğulları Hayk və Narek təhlükəsizlik qüvvələrinin diqqət mərkəzində olublar. 2021-ci ilin iyununda İrəvan məhkəməsi Narek Sarqsyanı qanunsuz silah saxlamaqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və adam oğurluğunu təşkil etməkdə təqsirli bilib. O, 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Narek Sarqsyan bir müddət xaricdə gizlənib, lakin 2018-ci ilin dekabrında Praqada Franklin Qonzales adına pasportla saxlanılıb və bir ildən sonra Ermənistana ekstradisiya edilib.
Onun kiçik qardaşı 2007-ci ildə adam öldürməyə cəhddə və qanunsuz silah və sursat saxlamaqda ittiham olunurdu. Lakin sonradan maddənin təsnifatı dəyişdirilib, iddia müddəti bitdiyi üçün cinayət işinə xitam verilib.