DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Çin kosmosdan dinc məqsədlərlə istifadəyə dair məsləhətləşmələr aparıblar

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirmişdi ki, Çin kosmik sektorda Rusiya ilə əməkdaşlığa böyük əhəmiyyət verir.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Rusiya və Çin Moskvada kosmosdan dinc məqsədlərlə istifadəyə dair ilk Çin-Rusiya məsləhətləşmələrini keçiriblər. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat verib.
Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, avqustun 8-də Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin müqavilə və hüquqi əlaqələr departamentinin direktoru Ma Sinmin və Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin dinc kosmos departamentinin rəhbəri Sergey Belousko ortaq maraq doğuran kosmosdan dinc məqsədlərlə istifadə məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Danışıqların digər təfərrüatları barədə məlumat verilməyib.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirmişdi ki, Çin kosmik sektorda Rusiya ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Onun sözlərinə görə, son illərdə tərəflər Beynəlxalq Ay Elmi Stansiyası kimi hər iki ölkədə iqtisadi və sosial inkişafı, elmi-texniki innovasiyaları təşviq edən layihələr üzrə yaxşı əməkdaşlıq ediblər.