RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Qara dəniz üzərində Ukraynaya məxsus 75 PUA-nı və 7 kateri məhv edib

Ukrayna ordusu gecə boyu Rusiyanın müxtəlif regionlarına təyyarə tipli PUA-larla hücum edib.
Sputnik
BAKI, 9 avqust - Sputnik. Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın regionları və Qara dəniz üzərində Ukraynaya məxsus 75 PUA-nı məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna ordusu gecə boyu Rusiyanın müxtəlif regionlarına təyyarə tipli PUA-larla hücum edib.
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən 75 PUA sıradan çıxarılıb.
Onlardan 26-sı Belqorod, 19-u Lipetsk, 7-si Kursk, 5-i Bryansk, 4-ü Voronej, 1-i Orlov, 5-i Krım, daha 8-i isə Qara dəniz səmasında zərərsizləşdirilib.
Bundan başqa, Qara dəniz akvatoriyasında Krım yarımadası istiqamətində hərəkət edən ekipajsız 7 kater məhv edilib.