BAKI, 9 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüşdə terrorizmlə mübarizə məsələləri müzakirə olunub. Qeyd olunur ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov məruzə ilə çıxış edib.
"Bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən operativ müşavirənin gündəliyində terrorizmə qarşı mübarizənin müəyyən aspektləri ilə bağlı çox mühüm məsələ var", - Rusiya dövlət başçısı qeyd edib.
Bir gün əvvəl Putin hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi, Baş Qərargah və FTX rəhbərləri ilə Kursk vilayətindəki vəziyyətlə bağlı görüş keçirib. Dövlət başçısı diqqəti ukraynalı yaraqlıların müxtəlif növ silahlardan, o cümlədən raketlərdən mülki obyektlərə, yaşayış binalarına və təcili yardım maşınlarına fərq qoymadan atəş açması faktına yönəldib.