DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fidan İsrailə qarşı ticarət sanksiyalarından danışıb

Bütün ötən il ərzində Türkiyənin İsrail mallarının idxalı 1,6 milyard dollar və ya bütün Türkiyə idxalının 0,45%-ni təşkil edib.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Türkiyə İsrailə qarşı ticarət sanksiyalarının fələstinlilərə təsir etməməsi üçün səy göstərir. Bu barədə "Milliyet" qəzeti xarici işlər naziri Hakan Fidana istinadən yazıb.
2024-cü ilin mayında Türkiyənin İsraillə bütün ticarət əlaqələrini tamamilə dayandırdığı məlum olub. Türkiyənin Ticarət Nazirliyi vurğulayıb ki, qərar yalnız Qəzza zolağına humanitar yardımın fasiləsiz çatdırılmasından sonra ləğv ediləcək. Bundan başqa, bütün ötən il ərzində Türkiyənin İsrail mallarının idxalı 1,6 milyard dollar və ya bütün Türkiyə idxalının 0,45%-ni təşkil edib. İxrac 5,4 milyard dollara çatıb ki, bu da bütün daşınmaların 2,13%-ni təşkil edir. Beləliklə, ticarətin dayandırılması Türkiyəyə ayda 450 milyon dollara, İsrailə isə 133 milyon dollara başa gələcək.
"Fidan, İsraillə ticarətin dayandırıldığını, lakin fələstinlilərin sanksiyalardan əziyyət çəkməməsi üçün səylərin göstərildiyini söyləyib. İndiyədək Qəzzaya 56 min tondan çox humanitar yardım göndərildiyini qeyd edərək, daha çox təzyiq göstərilməli olduğunu qeyd edib. Fidan bildirib ki, sərhədlər boyunca humanitar yardımın qarşısındakı bütün maneələr aradan qaldırılmalı və Qəzzaya kifayət qədər yardım paylanmalıdır", - qəzet yazır.