DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Banqladeşdə müvəqqəti hökumətin yaradılmasını alqışlayır - Çin XİN

Çin Xarici İşlər Nazirliyi Çinin Banqladeşin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə, habelə Banqladeş xalqının müstəqil şəkildə seçdiyi inkişaf yoluna hörmət etdiyini vurğulayıb.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Pekin Banqladeşdə müvəqqəti hökumətin yaradılmasını alqışlayır və ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nobel mükafatı laureatı Məhəmməd Yunus cümə axşamı Banqladeşin müvəqqəti rəhbəri kimi and içib.
Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Çin Banqladeşin müvəqqəti hökumət yaratmasını nəzərə alıb və bunu alqışlayır".
Çin Xarici İşlər Nazirliyi Çinin Banqladeşin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə, habelə Banqladeş xalqının müstəqil şəkildə seçdiyi inkişaf yoluna hörmət etdiyini vurğulayıb.
Bəyanatda qeyd olunub ki, Çin Banqladeşlə müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək, həmçinin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirmək üçün işləməyə hazırdır.
Tələbələrin Ayrı-seçkiliyə Qarşı Hərəkatının avqustun 4-də başladığı hakimiyyətlə çoxgünlük "əməkdaşlıq etməmə aksiyası"nın elanından sonra Dəkkədə və ölkə daxilində etirazlar və nümayişlər başlayıb. Hökumət əleyhdarı tələbələr, polis və hökumət tərəfdarları arasında toqquşmalar iğtişaşlara çevrilib. Banqladeşin keçmiş baş naziri Şeyx Hasina və onun bacısı iğtişaşlar fonunda daha təhlükəsiz yer üçün Dəkkədəki rəsmi iqamətgahını tərk ediblər. News18 telekanalı Hasinanın istefa verdiyini və Hindistanın Aqartala şəhərinə uçduğunu bildirib.