RUSİYA

Boqdanovdan Fələstin liderinin Rusiyaya səfəri ilə bağlı vacib açıqlama

Rusiya XİN rəhbərinin müavini deyib ki, səfər zamanı Yaxın Şərqdə vəziyyətin normallaşdırılması ilə bağlı çox mühüm söhbət olacaq.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Fələstin prezidenti Mahmud Abbas yaxın vaxtlarda Moskvaya səfər edəcək. Bunu Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Boqdanov deyib.
Boqdanovun sözlərinə görə, səfər zamanı Yaxın Şərqdə vəziyyətin normallaşdırılması ilə bağlı çox mühüm söhbət olacaq.
"Burada çox vacib söhbət və baş verənlərin birgə təhlili, beynəlxalq ictimaiyyətin qərarına uyğun olaraq Yaxın Şərqdə sülh və təhlükəsizliyin ədalətli əsasda hökm sürməsi üçün bundan sonra necə davam etmək barədə bəzi ümumi əlaqələndirilmiş yanaşmaların hazırlanması müzakirə olunacaq", - o vurğulayıb.
Bundan əvvəl RİA Novosti-yə diplomatik mənbə bildirmişdi ki, Mahmud Abbasın Rusiyaya səfəri avqustun 12-14-ə planlaşdırılıb, Avqustun 13-də isə onu Rusiya prezidenti Vladimir Putinlə görüş gözləyir.