DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaxın Şərq böhranını necə həll etməli?

Yaxın Şərq problemlərinin müzakirəsi zamanı əsas diqqət bölgədəki böhranlı vəziyyətin, o cümlədən Fələstin-İsrail münaqişəsinin həllinə yönəldilib.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Bəhreynin Rusiyadakı səfiri Əhməd Əl-Saati ilə Yaxın Şərqdəki böhranlı vəziyyətlərin, o cümlədən Fələstin-İsrail münaqişəsinin həllini müzakirə edib.
Bu barədə Rusiya XİN-nin saytında məlumat verilib.
"Yaxın Şərq problemlərinin müzakirəsi zamanı əsas diqqət bölgədəki böhranlı vəziyyətlərin, o cümlədən Fələstin-İsrail münaqişəsinin həlli vəzifələrinə yönəldilib" – məlumatda deyilib.
Həmçinin qeyd olunub ki, görüş zamanı ənənəvi Rusiya-Bəhreyn dostluq əlaqələrinin daha da mütərəqqi inkişafının aktual məsələləri müzakirə edilib, ticarət-iqtisadi, investisiya, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi vurğulanıb.
Bundan əvvəl Moskvanın Yaxın Şərqdə artan gərginlikdən narahat olduğu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilmişdi.