BAKI, 8 avqust — Sputnik. Yaponiyanın Kyusyu adasının cənub sahillərində 6.9 maqnitudalı dağıdıcı zəlzələ baş verib.
"RIA Novosti"nin verdiyi məlumata görə, yeraltı təkanlar geniş bir ərazidə, o cümlədən regionun böyük şəhərlərində hiss edilib.
Yaponiya Meteorologiya Agentliyi dərhal sunami təhlükəsi elan edib.
Qeyd edək ki, Kyusyu adası Yaponiya arxipelaqının dörd ən böyük adasından biridir.