BAKI, 8 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin qanunsuz və zorakı hərəkətləri təlqin edən məlumatların yayımına qadağa qoyan qanunu imzalayıb. Müvafiq sənəd hüquqi aktların rəsmi portalında dərc olunub.
"Treş-strim"in (zibil axınları -redş) qadağan edilməsi barədə qanun insan ləyaqətini və ictimai əxlaqı alçaldan, zorakılıq əlamətləri olan təsvirləri, xuliqanlıq və ya şəxsi niyyətləri ehtiva edən məlumatların ötürülməsini məhdudlaşdırır.
Rusiya Parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin bu yaxınlarda qeyd edib ki, Rusiyada bu cür yayımların təkcə qadağan edilməsi deyil, həm də onların qadağan olunmuş məlumatlar kimi təsnifləşdirilməsi nəzərdə tutulur.
Belə videoların təşkilatçıları və iştirakçıları bir milyon rubla qədər cərimələnəcəklər. Bundan əlavə, treş-strimlərin yayımı ağırlaşdırıcı hal kimi təsnif ediləcək.