BAKI, 8 avqust - Sputnik. Türkiyə Suriya ilə Rusiyanın bu ölkə sərhədində hərbi baza yaratdığına dair iddialara münasibət bildirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O söyləyib ki, bu, PKK/SDG/PYD-YPG terror təşkilatlarının həmin ərazidə zəifləməsi kimi qiymətləndirilməlidir: “Bölgədə hücuma cəhd olarsa, artıqlaması ilə cavab verəcəyik”.
Z.Aktürk həmçinin ərazidə çoxlu sayda türkiyəli hərbçinin şəhid olması ilə bağlı iddiaları da təkzib edib: “Əməliyyatlarımız uğurlu və effektiv şəkildə davam edir. İraqla koordinasiyamız da hər ötən gün inkişaf edir. Terror təşkilatları və onlara aid media orqanları zaman-zaman dezinformasiyalar yayırlar. Bu, onların son çırpıntılarıdır”.
Qurum rəsmisinin sözlərinə görə, son vaxtlar ərazidə öldürülən terrorçuların sayının artması Türkiyə Silahlı Qüvvələrinin müntəzəm əməliyyatlar aparmasının göstəricisidir: “Oradakı mağaralardakı terrorçular yavaş-yavaş təmizlənir. Ərazi tamamilə təmizlənənə qədər əməliyyatlar davam edəcək. Çox az qalıb” (Report).
Qeyd edək ki, daha əvvəl Rusiya və Suriyanın Türkiyə ilə sərhəddə baza yaratmasına dair məlumat yayılmışdı.