BAKI, 8 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini Dmitri Patruşevi Usolye-Sibirsko ərazisində ətraf mühitin çirklənməsinin qarşısının alınması və aradan qaldırılması üzrə işçi qrupunun rəhbəri təyin edib. Bu barədə dövlət başçısı sərəncam imzalayıb.
"Rusiya Federasiyası Hökuməti sədrinin müavini D.N.Patruşev İrkutsk vilayətinin Usolye-Sibirsko ərazisində ətraf mühitin çirklənməsinin qarşısının alınması və aradan qaldırılmasının təmin edilməsi üzrə idarələrarası işçi qrupunun rəhbəri təyin edilsin", – sərəncamda deyilir.
"Usolyeximprom" İrkutsk vilayətinin Usolye-Sibirsko şəhərində 1936-cı ildən bir sıra kimyəvi maddələr istehsal edən müəssisədir. Onun istehsal fəaliyyəti 2010-cu ildə dayandırılıb, şirkət müflis olub və yığılmış zərərin aradan qaldırılması üzrə öhdəliklərini yerinə yetirməyib. "Usolyeximprom" sənaye sahəsinin ümumi sahəsi 610 hektardır və burada 200-dən çox sənaye obyekti yerləşir.
Qeyd edək ki, Dmitri Patruşev Rusiya prezidentinin köməkçisi, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşevin oğludur.