BAKI, 8 avqust — Sputnik. Kursk vilayətindən təxliyə edilmiş uşaqlar vəziyyət tələb edərsə, Sankt-Peterburda məktəbə gedə bilərlər. Bunu şəhər qubernatoru Aleksandr Beqlov bildirib.
"Biz Kurskdan olan ilk uşaqları qəbul etmək üçün lazım olan hər şeyi edirik. Yaxın gələcəkdə onlar bizə gələcək. Sentyabrda burada təhsil almağa başlasalar, hamısını təmin edəcəyik", Beqlov deyib.
Daha əvvəl Beqlov bildirmişdi ki, o, Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovla telefonla danışaraq, Ukrayna hücumlarından zərər çəkənlərə kömək etmək üçün Sankt-Peterburqdan bir qrup həkim göndərmək barədə razılıq verib.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bundan əvvəl bəyan etmişdi ki, avqustun 6-da səhər saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin min nəfərə qədər olan bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib. O qeyd edib ki, onların Rusiya ərazisinə doğru irəliləməsi dayandırılıb. Gerasimovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin itkiləri 315 nəfər təşkil edib, o cümlədən Kiyev 7 tank da daxil olmaqla 54 zirehli texnikasını itirib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qeyd edib ki, Kursk vilayətində əməliyyat düşmənin darmadağın edilməsi və dövlət sərhədinin bərpa edilməsi ilə başa çatacaq.
Rusiya prezidenti Vladimir Putin Kursk vilayətindəki vəziyyəti şərh edərkən bəyan etmişdi ki, Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır.