RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukraynanın Kursk vilayətində irəliləməsinin qarşısı alınıb - Rusiya MN

Kurskda döyüşlər başladıqdan bu yana Ukrayna ordusu 660-dan çox şəxsi heyət üzvünü itirib.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Rusiyanın Müdafiə Nazirliyi Kurskadı vəziyyətlə bağlı məlumat yayıb.
Nazirlik sutka ərzində Kursk vilayətinin Ukrayna ilə sərhəddəki Sudja və Korenevsk rayonları ərazisində döyüşlərin getdiyini açıqlayıb.
Bildirilib ki, görülən adekvat tədbirlər nəticəsində Ukrayna tərəfinin irəliləməsinin qarşısı alınıb.
Gecə saatlarında Sum vilayəti ərazisində Ukrayna ordusunun mövqelərinə hava zərbələri endirilib. Nəticədə qarşı tərəfindən 400-dən çox hərbi qulluqçu öldürülüb, 32-dən artıq zirehli texnikası sıradan çıxarılıb.
Ümumilikdə Kurskda döyüşlər başladıqdan bu yana Ukrayna ordusu 660-dan çox şəxsi heyət üzvünü itirib.
İnformasiyada o da bildirilir ki, onların 12 ədəd zirehti transportyor, 6 ədəd piyadaların döyüş maşını, 55 ədəd zirehli avtomobil və mühəndis texnikası daxil olmaqla, 32 ədəd hərbi texnikası sıradan çıxarılıb.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "X" hesabında Kurskda baş verənlərin günahını Rusiyanın boynuna atıb:
"Hər hansı eskalasiya, atəş, hərbi əməliyyatlar, məcburi evakuasiya və normal həyatın məhv edilməsinin əsas səbəbi, həmçinin bunun Rusiya Federasiyasının öz ərazilərində - Kursk və Belqorod bölgələrində baş verməsi yalnız Rusiyanın birmənalı təcavüzüdür. Bu, xarici əraziləri ələ keçirmək cəhdlərini, suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə müdafiə edən beynəlxalq hüquq normalarına məhəl qoymamağı ehtiva edir".
Podolyak Rusiya prezidenti Vladimir Putini də günahlandırmağı unutmayıb:
""Rusiyanın özünü məhv etməsi” konsepsiyasının arxasında duran memar hamıya məlumdur – bu, Putinin özüdür. Ona görə də nəticələr aydındır... Rusiya daim hesab edir ki, məhdudlaşdırıcı hüquq normaları ona şamil olunmur, beləliklə, o, qonşu ölkələrin ərazilərinə cəzasızlıqla hücum edə və riyakarlıqla... öz ərazisinin toxunulmazlığını tələb edə bilər. Lakin müharibə müharibədir və onun qaydaları var, təcavüzkar qaçılmaz olaraq müvafiq nəticələrlə üzləşir...".
07.08.24, 17:52
Kursk vilayətinə hücum fonunda Kiyevin hərəkətlərini qınamağa çağırırıq - Rusiya XİN
Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətindəki hərəkətləri ilə əlaqədar Rusiya beynəlxalq ictimaiyyəti kənarda durmamağa və Kiyevin hərəkətlərini pisləməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Kursk vilayətindəki barbar hücumu ilə ukraynalı banderaçılar regionun sakinləri arasında çaxnaşma yaratmağa və Ukrayna Silahlı Qüvvələrinin münaqişə zonasında daimi uğursuzluqları fonunda ən azı bir fəallıq nümayiş etdirməyə çalışıblar. Aydındır ki, burada da neonasistlərin hesablamaları özünü doğrultmayıb", - nazirliyin saytındaka açıqlamada deyilir.
Diplomat bildirib ki, bütün bu qanlı cinayətlər öz Kiyev marionetlərini ört-basdır etməyə davam edən Qərbin həyasız sükutunun fonunda baş verir:

Bütün bunlar istənilən cinayətdən qurtula biləcəklərinə əmin olan ukraynalı neonasistlərin cəzasızlıq hissini gücləndirir. Biz beynəlxalq ictimaiyyəti kənarda qalmamağa və Kiyev rejiminin cinayət əməllərini qətiyyətlə qınamağa çağırırıq".

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Zaxarovanın sözlərinə görə, Rusiya Silahlı Qüvvələri əhəmiyyətli itki verən düşmənə qətiyyətli cavab verib.
Eyni zamanda, o qeyd edib ki, mövcud məlumatlara görə, atəş nəticəsində altı uşaq olmaqla, Kursk vilayətinin 24 dinc sakini yaralanıb. Zaxarova həmçinin əlavə edib ki, dronun təcili yardıma zərbəsindən sonra feldşer və sürücü həlak olub.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ukraynaya F-16 qırıcılarının tədarükü məsələsinə də toxunub və qeyd edib ki, təyyarələr "sehrli həb" olmayacaq və döyüş bölgəsindəki vəziyyətə təsir göstərməyəcək. Bundan əlavə, onun fikrincə, belə bir addım münaqişənin siyasi və diplomatik həllinə şərait yaratmağa kömək etmir.
Çərşənbə axşamı səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin ərazisinə girməyə cəhd ediblər. Həmin gün Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna qoşunları 300 nəfərədək şəxsi heyətlə, 11 tank və 20-dən çox zirehli maşının dəstəyi ilə Nikolayevo-Daryino və Oleşnya yaşayış məntəqələri ərazilərində Rusiya dövlət sərhədini əhatə edən bölmələrin mövqelərinə hücum ediblər. Daryino və Oleşnya. Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovun sözlərinə görə, sərhədçilər və Rusiya Silahlı Qüvvələri sərhəddə USQ-nin 16 texnikasını məhv edib.
Kursk vilayətinin Sudja şəhərinin atəşə tutulmasının nəticələri
Çərşənbə günü Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, gecə saatlarında Rusiya Silahlı Qüvvələrinin bölmələri Rusiya FTX-nin sərhəd qurumları ilə birlikdə Kursk vilayətinin Rusiya-Ukrayna sərhədinə bitişik ərazilərdə USQ-nin silahlı birləşmələrini məhv etməyi davam edib. Nazirlikdən verilən məlumata görə, düşmənin Rusiya ərazisinə dərin irəliləməsinə yol verilməyib, USQ-nin itkisi 260 nəfərə qədər insan və 50 ədəd zirehli texnika təşkil edib.
Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətindəki vəziyyəti şərh edərkən bildirib ki, Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb və onlar mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb - Putin