BAKI, 8 avqust — Sputnik. ABŞ hökuməti İsrailin maliyyə naziri Bezalel Smotriçi girovların azad edilməsi üçün Qəzza zolağının əhalisi arasında aclığın olamsına icazə verildiyi barədə açıqlamasına görə qınayıb.
Bu barədə Rusiya mediası İngiltərənin "Metro" qəzetinə istinadən xəbər verib.
Nəşr qeyd edib ki, Smotriçin bəyanatı ABŞ Prezidenti Co Bayden administrasiyasında kəskin reaksiyaya səbəb olub. Amerika siyasətçiləri bu cür qərarlardan hiddətləniblər.
"Biz bu şərhlərdən şoka düşdük və bu ritorikanın zərərli və narahatedici olduğunu bir daha təkrar edirik", ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
İsrailin maliyyə nazirinin avqustun 5-də bazar ertəsi çıxışı xüsusi diqqəti cəlb edib. O zaman Smotriç qeyd edib ki, "İsrailə dinc əhalinin aclıqdan ölməsinə icazə verilməyəcək". Avropa İttafıqının (Aİ) fikrincə, bu cür ifadələr tənzimləyici rəhbərin beynəlxalq hüquqa hörmətsizliyini nümayiş etdirir.