CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 7 avqust – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 7 avqust — Sputnik. Avqustun 7-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 7-də kimlər anadan olub?
Toğrul Nərimanbəyov (1930-2013) - Azərbaycan SSR xalq rəssamıdır. Onun müxtəlif janrlarda yaratdığı rəsm əsərləri dünyanın ən böyük sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərində nümayiş etdirilir.
Toğrul Nərimanbəyov
Tobin Bell (1942) - amerikalı aktyordur. O, "Mişar" filmləri seriyasındakı Con Kramer rolu ilə məşhurdur.
Tobin Bell
Devid Duxovni (1960) - amerikalı aktyor, yazıçı, ssenarist, prodüser, rejissor və musiqiçidir. O, "Məxfi materiallar" televiziya serialında oynadığı agent Foks Malder və "Kalifornikasiya" televiziya serialında canlandırdığı yazıçı Henk Mudi rollarına görə iki dəfə "Qızıl Qlobus" mükafatına layiq görülüb.
Devid Duxovni
Şarliz Teron (1975) - Cənubi Afrika və ABŞ aktrisası və prodüseridir. O, 1990-cı illərin sonlarında "Vadidə 2 gün", "Qüdrətli Co Yanq", "Şeytanın vəkili" filmlərindəki rollarına görə şöhrət qazanıb.
Şarliz Teron
7 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1840-cı ildə İngiltərədə uşaqların boru təmizləyici işçisi kimi istifadə edilməsi qadağan edilib.
1944-cü ildə ABŞ-ın ilk proqramlaşdırıla bilən kompüteri "Mark I" istifadəyə verilib.
1993-cü ildə Londonda Bukingem Sarayının bir hissəsi ilk dəfə turistlər üçün açıq elan edilib.
1998-ci ildə ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinə qarşı terror aktları həyata keçirilib. Təxminən 250 nəfər həlak olub, 4000-dən çox insan yaralanıb.