DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sionist rejimə cavabımız qətidir - İran ordusunun baş komandanı

Sionist rejimin hərəkətlərinin bütün qanunlara, müqavilələrə, ənənələrə zidd olduğunu bildirən general-mayor Musəvi deyib ki, heç bir qayda və qanuna əməl etməyən sionist cinayətkar dəstə mütləq etdiklərinə görə qəti və sərt cavab alacaq.
Sputnik
BAKI, 7 avqust — Sputnik. Heç bir qayda və qanuna tabe olmayan sionist cinayətkar dəstə İsmayıl Haniyənin qətlində etdiklərinə görə mütləq qəti və sərt cavab alacaq. Bunu İran ordusunun baş komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi deyib.
İran Ordusu Baş Komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni yad edərək deyib:

"Dünən Haniyənin yerinə müasir dövrün xüsusi döyüşçülərindən olan xüsusi bir şəxsin təyin olunması Həmas siyasi büro başçısı, Fələstinlilərin davam etmək istədiyi yolu göstərdi. Yəhya Sinvarın seçilməsi o deməkdir ki, sionist rejimin gələcəyinə ümidi yoxdur".

Sionist rejimin hərəkətlərinin bütün qanunlara, müqavilələrə, ənənələrə zidd olduğunu bildirən general-mayor Musəvi deyib ki, heç bir qayda və qanuna əməl etməyən sionist cinayətkar dəstə mütləq etdiklərinə görə qəti və sərt cavab alacaq.
"Sionistlər özləri də başa düşdülər ki, onların süqutu sürətlənir. Ona görə də kor-koranə tədbirlərlə çöküşün sürətini azaltmağa çalışırlar. Lakin onların istəkləri baş tutmayacaq və hər kəs bu qatil rejimin çöküşünü görəcək", - o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
İordaniya ABŞ, İsrail və İrana xəbərdarlıq edib