BAKI, 7 avqust — Sputnik. Kiyev döyüş meydanında Rusiya Federasiyasına qalib gəlmək imkanı olmadan Afrikada "ikinci cəbhə" açmaq qərarına gəlib, Moskvaya qarşı dost Afrika dövlətlərində terrorçu qruplara əl atıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Kiyev ölkəmizin ərazisində terror üsullarından istifadə etməkdə davam edir. Bunlar təxribat və siyasi qətllər törətmək, mülki infrastrukturu müntəzəm atəşə tutmaqdır. Rusiyanı döyüş meydanında məğlub edə bilməyən V. Zelenskinin cinayətkar rejimi Afrikada "ikinci cəbhə" açmaq qərarına gəlib və qitənin Moskvaya dost olan ölkələrindəki terror qruplaşmalara dəstək olur. Biz beynəlxalq ictimaiyyətin, o cümlədən çoxtərəfli platformalarda Kiyevin bu cür açıq barbar davranışına diqqəti cəlb etməyə davam edəcəyik", - Zaxarova bildirib.
Onun sözlərinə görə, hadisələr göstərir ki, Kiyev rejiminin terror mahiyyəti bütün dünyaya getdikcə daha aydın görünür.
Bundan əvvəl Seneqalın Senenews nəşri mənbələrə istinadən yazıb ki, Mali və Mavritaniya hakimiyyəti Mavritaniya ərazisində ukraynalı təlimatçıların terrorçuları hazırlamasını araşdırır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Kiyevin Saheldə terrorçularla əməkdaşlıq etməsi faktı təəccüblü deyil, çünki Ukraynanın özü dəfələrlə terror üsullarına əl atıb, Moskva dünya ictimaiyyətinin diqqətini Kiyev rejiminin bu cür hərəkətlərə cəlb edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.