RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb - Putin

Rusiya prezidenti Nazirlər Kabinetinin iclasından sonra Kursk vilayətində baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarının hesabatını dinləyəcəyini bildirib.
Sputnik
BAKI, 7 avqust — Sputnik. Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb və heç bir fərq qoymadan atəş açır. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"Bildiyiniz kimi, Kiyev rejimi daha bir irimiqyaslı təxribata əl atıb. Onlar müxtəlif növ silahlardan, o cümlədən raketlərdən mülki binalara, yaşayış binalarına və təcili yardım maşınlarına atəş açırlar", - Putin Rusiya hökumətinin üzvləri ilə görüşü zamanı bildirib.

Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin iclasından sonra Kursk vilayətində baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarının hesabatını dinləyəcəyini bildirib.

"Mənim hüquq-mühafizə orqanlarının, Müdafiə Nazirliyinin, Baş Qərargahın, FTX-nin rəhbərləri ilə görüşüm olacaq, Kursk vilayətində baş verənlərlə bağlı həmkarlarımın növbəti hesabatına qulaq asacam", - Putin deyib.

Avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin ərazisinə soxulmağa cəhd edib. Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının 300 nəfərədək şəxsi heyətlə 11 tank və 20-dən çox zirehli texnikanın dəstəyi ilə Nikolaevo-Daryino və Oleşnya yaşayış məntəqələrində Rusiya dövlət sərhədini əhatə edən bölmələrin mövqelərinə hücum etdiyini bildirib. Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovun sözlərinə görə, sərhədçilər və Rusiya Silahlı Qüvvələri sərhəddə Ukrayna Silahlı Qüvvələrinin 16 texnikasını məhv edib.
Həmçinin Rusiya Federasiyası Səhiyyə Nazirliyi rəhbərinin köməkçisi Aleksey Kuznetsov bildirib ki, Kursk vilayətində baş verən atışma nəticəsində altısı uşaq olmaqla 24 nəfər yaralanıb. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki sərhəd bölgəsinə hücumundan sonra terror, qətl, qanunsuz silah gəzdirmə və digər hallarla bağlı cinayət işi açılıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, gecə saatlarında Rusiya Silahlı Qüvvələrinin bölmələri Rusiya FTX-nin sərhəd qurumları ilə birlikdə Kursk vilayətinə bitişik ərazilərdə Ukrayna Silahlı Qüvvələrinin silahlı birləşmələrini məhv etməyi davam etdirib. Ukrayna ordusunun itkiləri 260 silahlı və 50 zirehli texnika, o cümlədən yeddi tank, səkkiz zirehli transportyor və üç piyada döyüş maşını təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumuna ABŞ-dan reaksiya