DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hindistan Çinlə sərhəd yaxınlığında hərbi təlimlərə başlayıb

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə silahlı qüvvələrin şimal komandanlığının zərbə ordusu korpusunun tank, artilleriya və piyada hissələri cəlb olunub.
Sputnik
BAKI, 7 avqust — Sputnik. Hindistan Şərqi Ladax regionunda Çinlə sərhəd yaxınlığında genişmiqyaslı hərbi manevrlərə başlayıb.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə silahlı qüvvələrin şimal komandanlığının zərbə ordusu korpusunun tank, artilleriya və piyada hissələri cəlb olunub. Manevrlərin məqsədi ən müasir silahlardan istifadə etməklə qoşunlara yüksək dağlıq ərazidə döyüş əməliyyatlarının yeni konsepsiyalarını aşılamaqdır.
Təlimlər Ladax regionunda Çinlə Hindistan arasında davam edən gərginlik və hər iki ölkə qoşunlarının sərhəd bölgələrindən çıxarılması istiqamətində davam edən səylər fonunda keçirilir.
Qeyd edək ki, Himalay dağlarında Hindistan və Çin arasında demarkasiya edilmiş sərhədin olmaması səbəbindən həmin bölgə onilliklər ərzində davam edən gərginlik mənbəyinə çevrilib. Pekin və Dehli arasında münasibətlər 2020-ci ilin mayında Şərqi Ladax regionunda silahlı qarşıdurma başlaması ilə kəskin şəkildə pisləşib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.