BAKI, 7 avqust — Sputnik. Bakı şəhərinin mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb qeyri-adekvat "şou" göstərən sərnişin ətrafdakı insanların narahatlığına səbəb olub. Bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, şəhərin mərkəzində "Ford Tranzit" markalı 07 BH 637 dövlət nömrə nişanlı mikroavtobusda hərəkət zamanı sərnişin nəqliyyat vasitəsinin qapısını açaraq əlindəki "silah"ı sağa-sola tuşlayıb. Onun hansı səbəbdən belə bir hərəkət etdiyi və əlindəki "silah"ın həqiqi, yaxud oyuncaq olduğu məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Bakının mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb silahı ətrafdakı şəxslərə nümayiş etdirən şəxslə bağlı polis tərəfindən araşdırılır.
Qeyd olunub ki, faktla bağlı araşdırma gedir və ictimaiyyətə nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.