BAKI, 6 avqust — Sputnik. Rusiya ilə sülhün bağlanması üçün əsas bu il hazırlanmalıdır.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində deyib.
"Bizim dəyişməz məqsədimiz bu il münaqişəyə ədalətli son qoyulması üçün real zəmin hazırlamaqdır", – Zelenski bildirib.
Əvvəllər Zelenski dəfələrlə Rusiya ilə danışıqlara getmək istəmədiyini bəyan edib. Lakin son vaxtlar o, ritorikasını dəyişib. Bu yaxınlarda Ukrayna prezidenti etiraf etdi ki, bütün dünya münaqişənin həlli üçün Rusiyanın növbəti konfransda iştirakını istəyir.
Zelenski bir neçə gün əvvəl də demişdi ki, Ukraynanın əsas ehtiyacı hərbi əməliyyatların dayandırılmasıdır.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bundan əvvəl bildirmişdi ki, RF, əgər ölkınin milli maraqları və Xüsusi həbi əməliyyatın məqsədlərinə nail olunması nəzərə alınarsa, Ukrayna ilə danışıqlara hazırdır.