DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

HƏMAS: Haniyənin qətlinə görə İran İsraildən qisas almaq niyyətindədir

HƏMAS iddia edir ki, İran Xarici İşlər Nazirliyi "cavab zərbəsinin vaxtı və miqyası ilə bağlı" qərar qəbul edib.
Sputnik
BAKI, 6 avqust — Sputnik. İran Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra edən Əli Baqiri Kani HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə İsraildən qisas alacağına söz verib.
Bu barədə hərəkat məlumat yayıb.
"İran xarici işlər nazirinin vəzifəsini icra edən Əli Baqiri Kani Tehrandakı HƏMAS nümayəndələrinə başsağlığı verib və ölkə rəhbərliyinin bu kontekstdə qətiyyətli cavab verməyə hazır olduğunu təsdiqləyib", HƏMAS-ın rəsmi "Telegram" kanalında dərc olunan sənəddə qeyd olunub.
HƏMAS bildirir ki, İranın xarici işlər naziri başsağlığı verərək Tehranın "artıq cavab zərbəsinin vaxtı və miqyası barədə qərar qəbul etdiyini" deyib.
Bu yaxınlarda "The Jerusalem Post" nəşri İranın 2024-cü il avqustun 12-13-də müqəddəs "Ava ayının doqquzu" günü İsrailə hücum etmək planlarından yazıb. Məqalədə bildirilirib ki, Tehran öz hərəkətlərini "Hizbullah"la əlaqələndirəcək.
Xatırladaq ki, Haniyə Tehrandakı iqamətgahının atəşə tutulması zamanı həlak olub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qeyd edib ki, İran doğru zamanda və doğru şəkildə qan tökənlərdən qisas alacaq.
İran Prezidenti Məsud Pezeşkian "terrorçu işğalçıları" "qorxaq əməllərindən" peşman etməyə məcbur edəcəyinə söz verərək deyib ki, İsrail "cinayətlərinə və həyasızlığına görə mütləq cavab alacaq".