DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan fərman imzaladı: limitlər azaldı, vergilər qalxdı

Qərara əsasən, sürətli çatdırılma ilə beynəlxalq alışlar üçün vergidən azad limit 150 avrodan 30 avroya endirilib.
Sputnik
BAKI, 6 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqından gələn mallara 30 faiz, Çin də daxil olmaqla digər ölkələrdən gələn mallara 60 faiz vergi tətbiq edilməsi haqqında fərman imzalayıb.
Əvvəllər vergi Aİ-dən gələn məhsullar üçün 18%, digər ölkələrdən gələn məhsullar üçün isə 30% idi.
Qərara əsasən, sürətli çatdırılma ilə beynəlxalq alışlar üçün vergidən azad limit 150 avrodan 30 avroya endirilib.
"Məhsullar birbaşa Avropa Birliyi ölkələrindən gələrsə, yüzdə 30 vergiyə cəlb ediləcək. Digər ölkələrdən isə 60 faiz. Qanuna əsasən, yuxarıda göstərilən dərəcələrə əlavə olaraq 20 faiz dərəcəsi ilə birdəfəlik vergi tutulur", – dərc edilmiş fərmanda qeyd olunur.
Maraqlıdır ki, alınan malların çəkisi 30 kiloqramdan artıq olarsa, onlar gömrük kommersiya qanunvericiliyinə tabedir. Çəkisi 30 kiloqramdan artıq olan mallar hesablanarkən 48 faiz əlavə gömrük rüsumu da tətbiq edilir.
Qərar 15 gündən sonra qüvvəyə minəcək.