İQTİSADİYYAT

Azərbaycanda Rusiya rublu bahalaşıb

Son bir ayda ölkəmizdə rubl manat qarşısında 0,9 manat möhkəmlənib. Belə ki, keçən ayın 6-da 1000 rubl 19,1 manat təşkil edirdi.
Sputnik
BAKI, 6 avqust — Sputnik. Azərbaycanda Rusiya rublu bahalaşıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, avqustun 6-da 1 Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,0200 manat olub (1000 rubl = 20 manat). Son bir həftədə rubl manat qarşısında 1,5%, son bir ayda isə 4,7% bahalaşıb. Başqa sözlə, son bir ayda rubl manat qarşısında 0,9 manat möhkəmlənib. Belə ki, keçən ayın 6-da 1000 rubl 19,1 manat idi.
Xatırladaq ki, 2022-ci ilin martın 9-da 1000 rubl 13,1 manat olmuşdu. Bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.