VİDEO

Azərbaycan iqtisadiyyatının artımı: özəl sektorun inkişaf tempi necədir?

Ölkənin özəl biznesi öz inkişaf yolunda hansı maneələrlə üzləşir - daha ətraflı videomuzda izləyə bilərsiniz.
Sputnik
Azərbaycan hakimiyyəti özəl sektorun inkişafını stimullaşdırmaq və biznesin səmərəliliyini artırmaq üçün vergiləri və gömrük rüsumlarını azaltmalıdır.
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a müsahibəsində deyib.
Ekspert qeyd edib ki, Azərbaycan bankları qısa müddətdə gəlir əldə etmək istəyir və biznesə uzunmüddətli kreditlər təklif etmir.
İqtisadçının sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrdə iqtisadiyyatın 60%-i kiçik və orta sahibkarlığın fəaliyyətinə əsaslanır ki, bu da daha çox iş yerləri deməkdir və milli iqtisadiyyatda sabitliyə gətirib çıxarır.
"Ölkəmizdə büdcə gəlirlərinin cəmi 7%-i kiçik və orta sahibkarlığın payına düşür. Belə biznesin böyük kreditlərə çıxış imkanları məhduddur və böyük holdinqlərlə rəqabət apara bilməz", Cəfərli bildirib.