DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp birjanın çökməsində ABŞ-ın indiki rəhbərliyini günahlandırdı

Avqustun 2-də ABŞ fond indeksləri şirkətlərin maliyyə hesabatlarının dərcindən sonra 1-2% ucuzlaşıb.
Sputnik
BAKI, 5 avqust — Sputnik. Birjalardakı hazırkı enişin səbəbi ölkənin "səriştəsiz" rəhbərliyidir. Bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib.
"Birjalar çökür, Kamala Harris heç nə başa düşmür. Hər şeydə ABŞ-ın səriştəsiz rəhbərliyi günahkardır! – Tramp Truth sosial şəbəkəsindəki səhifəsində yazıb.
Avqustun 2-də ABŞ fond indeksləri şirkətlərin maliyyə hesabatlarının dərcindən sonra 1-2% ucuzlaşıb.
Bazar ertəsi Asiya-Sakit Okean regionunun (APR) əsas fond indeksləri, o cümlədən Yapon Nikkei də nəzərəçarpacaq dərəcədə azalıb.
ABŞ-ın məşğulluq statistikası avqustun 2-də açıqlanıb. Belə ki, iyulda ölkədə işsizlik bir ay əvvəlki 4,1%-dən 4,3%-ə yüksəlib, halbuki rəqəmin iyun ayı səviyyəsində qalacağı proqnozlaşdırılırdı.
İqtisadiyyatın qeyri-kənd təsərrüfatı sahələrində məşğul olanların sayı 114 min nəfər artaraq, artım gözləntilərin altında olub.
30.07.24, 21:57
Tramp OPEK-i Harrisin qələbəsi üçün neft qiymətlərini aşağı salmağa cəhddə ittiham edib
OPEK ölkələri ABŞ-ın vitse-prezidenti Kamala Harrisin ABŞ lideri seçilməsində qələbəsi naminə neftin qiymətini aşağı salmağa çalışmaqda ittiham ediliblər.
Bu ittihamla "Truth Social" sosial şəbəkəsində ABŞ-ın keçmiş Prezidenti Donald Tramp çıxış edib.
O, rəqibini "dəli siyasətçi" adlandırıb və bildirib ki, Harrisə səs verən və qalib gəlməsinə kömək edən hər kəs nəticədə "bəhrəsini görəcək".
"Harris ABŞ üçün fəlakət olacaq!" – Tramp yazıb.
Daha əvvəl bildirilmişdi ki, Rusiya 2024-cü ilin ikinci rübündə neft hasilatını və ixracını gündəlik 471 min barel daha da azaldacaq. Bu azalma bəzi OPEC+ üzvləri ilə razılaşdırılaraq həyata keçiriləcək.