CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 5 avqust - FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
Sputnik
BAKI, 5 avqust — Sputnik. Avqustun 5-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 5-də kim anadan olub?
Mustafa Topçubaşov (1895-1981) - Sovet azərbaycanlı alim-cərrah. 1951-1957-ci illərdə - Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti.
Mustafa Topçubaşov
Gi de Mopassan (1850-1893) - ən böyük fransız novella yazıçısı, şairi, gözlənilməz sonluğu olan hekayələr ustası ("Əziz dost", "Boyunbağı" və s.).
Gi de Mopassan
Nil Armstronq (1930-2012) - ABŞ NASA astronavtı, sınaq pilotu, kosmos mühəndisi, universitet professoru, ABŞ dəniz aviatoru, 21 iyul 1969-cu ildə "Apollon 11" Ay missiyası zamanı Aya ayaq basan ilk insan.
Nil Armstronq
Canet Maktir (1961) - britaniyalı aktrisa, "Toni" və "Qızıl Qlobus" mükafatlarının laureatı. "Dərrakə və həssaslıq", "Şahinlər", "Ailə portreti" və s. filmlərdə rol alıb.
Canet Maktir
Canluka Vakki (1967) - "rəqs edən milyonçu" kimi tanınan italyan iş adamı. 2016-cı ildə populyarlaşıb.
Canluka Vakki
Avqustun 5-də dünyada baş verən tarixi hadisələr
1884-cü ildə Nyu-Yorkdakı Bedlou adasında Azadlıq heykəlinin təməl daşı qoyulub.
1939-cu ildə Sovet pilotu Mixail Yuyukin Xalxin-Qoldə yapon hərbçiləri ilə döyüşlər zamanı dünya aviasiya tarixində ilk dəfə yerüstü hədəflə taran edib. Bu şücaətinə görə o, ölümündən sonra Sovet İttifaqının ali dövlət mükafatı - Lenin ordeni ilə təltif edilib.
1914-cü ildə ABŞ-ın Klivlend şəhərində müasir işıqforların ilk sələfi peyda olub. Mühəndis Ceyms Hoqun ixtirasında qırmızı və yaşıl işıqlar var idi və işıq dəyişdikdə səs siqnalı verirdi. Bu gün tarixə Beynəlxalq Svetofor Günü kimi düşüb.
1996-cı ildən Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günü qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.