BAKI, 5 avqust — Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana səfər edib.
O, səfər zamanı İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədian, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Məhəmməd Baqeri və Prezident Məsud Pezeşkianla görüşüb.
Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın geniş spektri və onun gücləndirilməsi - təhlükəsizlik sahəsindən ticarət-iqtisadi layihələrə, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə dair məsələlər müzakirə olunub.
***
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana gedib.
Tehranda o, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə danışıqlar aparacaq. Şoyqunu İran prezidenti Məsud Pezeşkian qəbul edəcək.
Rusiya Təhlükəsizlik Şurası bildirib ki, danışıqlarda təhlükəsizlik sahəsindən tutmuş ticarət-iqtisadi layihələrə, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə qədər geniş spektrli ikitərəfli əməkdaşlıq və onun gücləndirilməsi müzakirə olunacaq.
Xatırladaq ki, Rusiya İsrailin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə nəticələnən hücumunu kəskin şəkildə pisləb.
İyulunn 31-i səhər saatlarında Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib.