RUSİYA

Putin Kremldə Matvienko və Volodinlə nə danışıb?

Rusiya parlamenti palatalarının spikerləri dövlət başçısına hesabat veriblər ki, yaz sessiyasının yekunlarına görə 331 qanun qəbul edilib.
Sputnik
BAKI, 5 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Kremldə Federasiya Şurasının sədri Valentina Matvienko və Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.
Bu barədə aif.ru yazıb.
Rusiya parlamenti palatalarının spikerləri dövlət başçısına hesabat veriblər ki, yaz sessiyasının yekunlarına görə 331 qanun qəbul edilib.
Putin görülən böyük işlərə görə senatorlara və deputatlara təşəkkür edib. O qeyd edib ki, iqtisadi və sosial məsələlər də daxil olmaqla, hökumətlə sıx təmasda operativ həllini tapıblar.
"Sizin rəhbərliyiniz altında bu çətin dövrdə biz - Hökumət, Federasiya Şurası və Dövlət Duması - həqiqətən bir komanda kimi ahəngdar şəkildə işlədik" – Matvienko bildirib.
O, qeyd edib ki, qəbul edilən qanunların yarısından çoxu sosial xarakter daşıyır və ilk növbədə uşaqlı ailələrin dəstəklənməsinə yönəlib. Ölkənin müdafiəsini və təhlükəsizliyini gücləndirmək üçün qanunlar da qəbul ediliblər. Bir sıra sənədlər xüsusi hərbi əməliyyat iştirakçılarının və onların ailə üzvlərinin dəstəyi ilə bağlıdır. Yaz sessiyasında vergi sistemindəki dəyişikliklərə çox diqqət yetirilib.
Bundan əvvəl Matvienko miqrasiya sahəsində korrupsiyaya görə daha sərt cəza təklif etmişdi.