BAKI, 5 avqust — Sputnik. Azərbaycan avqustun 6-da Astanada Orta Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında iştirak edəcək.
Bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb.
"Görüşdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın energetika nazirləri və Azərbaycanın energetika nazirinin müavininin çıxışları planlaşdırılır", - məlumatda bildirilib.
İclasa Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev sədrlik edəcək.
Azərbaycan Energetika Nazirliyindən bildirilib ki, görüşdə energetika nazirinin müavini Orxan Zeynalov iştirak edəcək.