DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO Ukrayna münaqişəsini öz münaqişəsinə çevirir

Visbadendə Ukrayna silahlı qüvvələri üçün operativ nəzarət qərargahının yaradılması NATO-nun münaqişədə birbaşa iştirak planlarını göstərir.
Sputnik
BAKI, 5 avqust — Sputnik. Şimali Atlantika Alyansının (NATO) Rusiya ilə bağlı yeni planı blokun Ukrayna münaqişəsində birbaşa iştirakına əsaslanacaq. Hərbi müşahidəçi, ehtiyatda olan polkovnik Viktor Baranets bu barədə "RT"yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, son iki ildə NATO Ukraynadakı tapşırıqlara uyğunlaşır, lakin sursat, şəxsi heyət və silah çatışmazlığı səbəbindən bütün hərəkətlər uğursuz hesab edilir.
"NATO özünün hər bir üzvünə Ukraynaya nəyi, nə qədər və nə vaxt verilməli olduğu tapşırıb – bu, uyğunlaşmadır. Sonra dərin uyğunlaşma gəlir: bu, Ukrayna silahlı qüvvələrinə birbaşa nəzarətə aiddir" – o, bildirib.
Ekspert qeyd edib ki, Visbadendə Ukrayna silahlı qüvvələri üçün operativ nəzarət qərargahının yaradılması NATO-nun münaqişədə birbaşa iştirak planlarını göstərir. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında qərbli mütəxəssislərin sayı artıb.
"İndi Kiyevdə onların sayı daha çox olacaq. Əslində NATO-nun Ukraynada Rusiya ilə münaqişəni öz müharibəsinə çevirdiyini deyə bilərik" – Baranets dəqiqləşdirib və əlavə edib ki, Rusiya da yeni şərtlərə uyğunlaşacaq.
Bundan əvvəl ABŞ və NATO-nun Rusiyaya qarşı yeni plan hazırladığı bildirilirdi.
22.07.24, 15:50
NATO-nun yarım milyon əsgəri yüksək hazırlıq vəziyyətinə gətirilib
500 mindən çox NATO əsgəri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bunu NATO-nun rəsmi nümayəndəsi Fərəh Dahlalla bildirib.
"Biz Soyuq müharibədən bəri ən əhatəli müdafiə planlarını hərəkətə gətirmişik. Hazırda 500.000-dən çox hərbçi yüksək hazırlıq vəziyyətindədir" – rəsmi nümayəndə bildirib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Dahlalla əlavə edib ki, 2014-cü ildən bəri alyansda "son nəsil müddətində kollektiv müdafiə sahəsində ən əhəmiyyətli transformasiya" baş verib.
Rusiya lideri Vladimir Putin bəyan edib ki, Rusiya Federasiyası NATO ilə döyüşmək niyyətində deyil. O, Rusiya Federasiyasının Avropaya hücum edəcəyi ilə bağlı iddiaları "cəfəngiyyat" adlandırıb.
"The Telegraph" yazıb ki, Şimali Atlantika Alyansı dövlətləri Rusiya Federasiyası ilə müharibə olacağı təqdirdə ABŞ-ın Avropadakı qoşunlarının sürətlə cəbhə xəttinə köçürülməsi üçün "yer dəhlizləri" hazırlayırlar.