RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

FTX terror aktları hazırlayan Rusiya vətəndaşını saxlayıb

FTX əlavə edib ki, trotil və heksogen, eləcə də onun istehsalı üçün komponentlər olan PUA ehtimal olunan cinayətkarın yaşadığı yerdə aşkar edilərək götürülüb.
Sputnik
BAKI, 5 avqust — Sputnik. FTX əməkdaşları Zaporojye vilayətində məmurlara qarşı terror aktı törətməyi planlaşdıran Rusiya vətəndaşını saxlayıb. Onun Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkətə keçməyə hazırlaşdığı iddia edilir.
FTX-nin məlumatına görə, yerli sakin "Telegram" və "Threma" messencerləri vasitəsilə vilayət administrasiyasının məsul şəxsləri haqqında məlumatları toplayaraq Ukrayna tərəfinə ötürüb. O, əldəqayırma partlayıcı qurğu yerləşdirərək terror aktı törətməyə cəhd edib.
FTX əlavə edib ki, trotil və heksogen, eləcə də onun istehsalı üçün komponentlər olan PUA, ehtimal olunan cinayətkarın yaşadığı yerdə aşkar edilərək götürülüb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 223.1 (partlayıcı qurğuların qanunsuz istehsalı), 275 (dövlətə xəyanət) maddələri ilə cinayət işi başlanıb.
Ötən həftə Sverdlovsk vilayətində iki yeniyetmə adam öldürməyə cəhddə və terror aktı törətməyə hazırlıqda ittiham olunub. İstintaqın məlumatına görə, azyaşlılar regionun iki şəhərində - Krasnouralsk və Pervouralskda lokomotivləri və dəmiryol rele şkaflarını yandırmaq istəyiblər. İddialara görə, onlar Ukrayna ərazisindən olan bir şəxsdən Telegram vasitəsilə təlimat alıblar.
29.07.24, 12:53
FTX Ukrayna kəşfiyyatına işləyən şəxsi saxlayıb
Zaporojye vilayətində Telegram vasitəsilə Ukrayna tərəfinə onlara zərbələr endirən Rusiya qoşunlarının bölmələri barədə məlumat ötürən rusiyalının saxlanıldığını bildirib. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Saxlanılan şəxsə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə iş başlanıb.
Saxlanılan şəxsin adı və digər məlumatları açıqlanmayıb. FTX-nin məlumatına görə, o, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) tərəfindən fəaliyyətə cəlb olunub. İstintaqı FTX-nin regional idarəsinin istintaq şöbəsi aparır.
İyulun əvvəlində Primorsk diyarının sakini dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb. İstintaq onun Ukrayna Dövlət Kəşfiyyat Xidmətinə məsləhətçi yardım etdiyini iddia edir. Onun "zəif yerlər" və dəmir yolu obyektlərinin sıradan çıxarılması üsulları haqqında məlumat ötürdüyü iddia edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.