DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dörd milyon dollar dəyərində narkotik vasitə ələ keçirildi

Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti əlavə edib ki, narkotik maddələrin hazırlanmasında şübhəli bilinən 8 Qazaxıstan vətəndaşı saxlanılıb.
Sputnik
BAKI, 5 avqust — Sputnik. Qazaxıstanın xüsusi xidmət orqanları Astana və Almatıda 4 milyon dollar dəyərində psixotrop maddələrin müsadirə olunduğu üç narkotik laboratoriyasını müəyyən ediblər. Bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi Astana və Almatı şəhərlərində polislə əməkdaşlıq və prokurorluqla razılaşdırılaraq üç böyük narkotik laboratoriyasının fəaliyyətinin qarşısını alıb. Axtarışlar zamanı 93 kiloqramdan çox sintetik narkotik vasitə, kristallaşma mərhələsində olan 70 litr mefedron, o cümlədən 255 kiloqram prekursor və laboratoriya avadanlığı götürülüb", - kəşfiyyat xidmətinin Telegram kanalında dərc olunmuş məlumatda bildirilir.
Müsadirə edilən narkotiklərin qara bazarda dəyərinin 4 milyon dollar olduğu bildirilir.
Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti əlavə edib ki, narkotik maddələrin hazırlanmasında şübhəli bilinən 8 Qazaxıstan vətəndaşı saxlanılıb.