BAKI, 5 avqust – Sputnik. Yay Olimpiya Oyunları kimi irimiqyaslı idman yarışları təkcə möhtəşəm yarışlar və idman nailiyyətləri ilə diqqəti cəlb etmir.
Burada öz ölkələrinin idmançılarına hər cür dəstək verməyə çalışan azarkeşlər xüsusi diqqət çəkirlər. Məsələn, bəziləri məşhur “Asteriks və Obeliks” cizgi filminin personajları kimi geyinir, digərləri idmançıları yüksək nəticələr əldə etməyə həvəsləndirmək üçün başqa yollardan istifadə edirlər.
Azarkeşlər başa düşürlər ki, onlar da idmançıların özləri kimi Olimpiya Oyunlarının tamhüquqlu iştirakçılarıdır və onlarsız yarış tam olmayacaq.
Bunu 2020-ci ildə Tokioda keçiriləcən Olimpiya Oyunlarında, yarışın koronavirus pandemiyası səbəbindən tamaşaçısız keçirildiyi zaman görmək olardı. Parisdə belə məhdudiyyətlər yoxdur, yəni pərəstişkarlar özlərini bütün gözəllikləri ilə ifadə edə bilərlər.