BAKI, 5 avqust — Sputnik. ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdəki baş verən hadisələri müzakirə etmək üçün öz milli təhlükəsizlik komandasını situasiya mərkəzində toplayacaq. Eyni zamanda ABŞ dövlət katibi Entoni Blinken G7 ölkələrindən olan həmkarlarına bildirib ki, Vaşinqtonun fikrincə, İranın İsrailə hücumu yaxın 24-48 saat ərzində başlaya bilər.
Bu barədə Rusiya mediası "The Times Of Israel" onlayn-qəzetinə istinadən xəbər verib.
Nəşr yazır ki, Blinken İranın planlaşdırılan hücumunun dəqiq vaxtını bilmir. ABŞ dövlət katibi Amerika regiondakı gərginliyi azaltmaq və genişmiqyaslı müharibənin qarşısını almaq səyləri fonunda həmkarları ilə söhbət edib.
ABŞ İranın hücumunun qaçılmaz olduğuna inandığından Blinken telefon danışığında iştirak edən məmurlara söyləyib ki, Tehranın hücumunu məhdudlaşdırmaq səbəbi ilə ona təzyiq göstərmək regional müharibənin qarşısını almaq üçün ən yaxşı yoldur.
Eyni zamanda Co Bayden eskalasiyaya doğru yeni bir addımda Benyamin Netanyahunu köməksiz buraxmaqla hədələyib.