"Forumun Nizamnaməsinə uyğun olaraq, üzvlük haqqına İdarə Heyətində baxılıb, illik cəmi 100 manat üzvlük haqqı müəyyən edilib. Deyərdim ki, bu, simvolik rəqəmdir. Azərbaycan Milli QHT Forumuna üzv olmaq istəyən QHT-lər İdarə Heyətinə müraciət etməli, İdarə Heyətində məsələyə baxıldıqdan sonra müsbət qərar verilərsə, üzvlük haqqı ödənməli və yeni vəsiqə əldə olunmalıdır”, - R.İskəndərli bildirib.
"İllərdir təklif edilir ki, “QHT Evi” yaradılsın, orada bu imkanlar olsun, amma bu sahədə konkret addımlar yox idi. AMQF olaraq biz bu problemi demək olar həll edirik. Bu günlərdə Azərbaycan Milli QHT Forumu şəhərin mərkəzində - Qış Bulvarına yaxın ərazidəki “World Business Center”də yerləşib. “World Business Center”də hər cür şəraiti olan iki konfrans zalı var. Onlardan biri 25-40 nəfərlik, digəri 70 nəfərlikdir. AMQF-dən yeni üzvlük vəsiqələri əldə edən QHT-lər əvvəlcədən İdarə Heyətini xəbərdar etməklə növbəlilik əsasında bu zallardan ödənişsiz istifadə edə bilər. Bunun üçün 5 iş günü əvvəldən office@ngoforum.az elektron ünvanına xahişlə müraciət etmək kifayətdir”.