RUSİYA

Macarıstan və Slovakiya üçün heç bir risk yoxdur - Avropa Komissiyasının nümayəndəsi

İylunun 22-də Slovakiya və Macarıstan Rusiyanın "Lukoyl" şirkətindən neftin öz ərazisindən tranzitini dayandıran Ukraynanın hərəkətlərinə görə Avropa Komissiyasına müraciət ediblər.
Sputnik
BAKI, 4 avqust — Sputnik. Ukraynanın Rusiya neftinin öz ərazisindən tranzitini əngəlləmək qərarı ilə bağlı vəziyyətin ilkin təhlili göstərib ki, hazırda Macarıstan Slovakiya üçün tədarük riski yoxdur. Rusiya mediası xəbər verir ki, bunu Avropa Komissiyasının səlahiyyətli nümayəndəsi deyib.

"Hazırda vəziyyətin ilkin təhlili var. Bu, faktiki olaraq deməyə əsas verir ki, bu iki ölkədə (Macarıstan və Slovakiyada - red.) təhlükəsizliyi təmin etmək üçün risklər yoxdur", - AK-nin nümayəndəsi bildirib.

İylunun 22-də Slovakiya və Macarıstan Rusiyanın "Lukoyl" şirkətindən neftin öz ərazisindən tranzitini dayandıran Ukraynanın hərəkətlərinə görə Avropa Komissiyasına müraciət ediblər. Komissiya əlavə məlumat tələb olunduğu üçün bu müraciətə baxılmasını təxirə salıb.
LUKoil
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto "Drujba" neft kəməri ilə Ukrayna ərazisindən "Lukoyl" neftinin nəqlinin dayandırıldığını bəyan edib.
Slovakiyanın İqtisadiyyat Nazirliyi də Ukraynanın öz ərazisindən tranziti dayandırması səbəbindən ölkənin "Lukoyl"dan neft almasını dayandırdığını təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.