BAKI, 4 avqust - Sputnik. “Kiber məkanda hər bir təklif şübhəlidir. Bütün müdaxilələr kart sahibinin aldadılması, şirnikləndirilməsi nəticəsində baş verir”. Reort-un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
“Əgər kartda 1, 10, 45 yaxud 50000 manat varsa da, fərq etməz, kart məlumatları naməlum şəxslərə verilməməlidir", - DİN rəsmisi bildirib.
Bank kartına dair məlumatlar, arxiv
© iStock.com / wichayada suwanachun
Polis zabiti xəbərdarlıq edib ki, saxta linklərə daxil olma, saxta satış, saxta reklam, beh ödənişləri, saxta investisiya, saxta lotereya oyunları, karta müdaxilə, əlavə qazanc, pul köçürmələri, valyuta dəyişmələri, kriptovalyuta, təhlükəsizliyin artırılması məzmununda olan kiber tələlər vasitəsilə vətəndaşlarımızın bank kartlarından oğurluqlar edilir.
"Bu hallara qarşı hər bir vətəndaş diqqətli olmalıdır. Kibertəhlükəsizlik davamlı prosesdir”, - E.Hacıyev qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.