BAKI, 4 avqust — Sputnik. ABŞ Avropaya qaz tədarükünü azaltmaqda davam edir. "Business Insider" bunun hansı nəticələrə səbəb olduğunu bildirib.
Mətbuatda yayılan məlumatlara görə, ABŞ bu yolla Avropa ölkələrinin Rusiya yanacağından imtina etməsinin və anti-Rusiya planını həyata keçirməsinin qarşısını alır. Vaşinqton bunu ona görə edir ki, malı ən çox pul ödədikləri yerə, məsələn, Asiya ölkələrinə göndərir.
"Rusiya qazının Avropaya idxalı, qismən bu il ABŞ-dan başqa yerlərə yanacağa tələbatın yenidən bölüşdürülməsi ilə bağlıdır", - materialda deyilib.
Belə ki, ötən ay ABŞ-dan yanacaq idxalı 1,5 milyon metrik ton MTQ (yanvarda 5,2 milyon ton idi) təşkil edib. 1,3 milyon ton Rusiya Federasiyasından idxal edilib.
Bundan əvvəl bildirilmişdi ki, Aİ-nin bəzi ölkələri bu ilin dekabrında Ukrayna ərazisindən yanacağın tranziti ilə bağlı müqavilənin müddəti bitdikdən sonra "Qazprom"la yeni müqavilə bağlamaq imkanını nəzərdən keçirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.