BAKI, 3 avqust — Sputnik. Ukrayna Rusiya ilə danışıqlar aparmağa məcbur olacaq, çünki onun Rusiya qoşunlarına müqavimət göstərmək gücü və vasitələri yoxdur. Bunu Axmat xüsusi təyinatlılarının komandiri, Rusiya Müdafiə Nazirliyinin Baş hərbi-siyasi idarəsinin rəis müavini, general-mayor Aptı Alaudinov bildirib.
"Bu gün Şərqdə cərəyan edən hadisələr, Amerikada necə bitəcəyi bəlli olmayan seçkilər, Ukraynanın özündə baş verənlər, xalqın baş verənlərdən narazılığı, çox böyük itkilər, Rusiya Silahlı Qüvvələrini dayandırmaq üçün resursların olmaması öz işini görəcək. Danışıqlar aparmaq istəməsələr də, buna məcbur olacaqlar, çünki bizə müqavimət göstərmək üçün daha nə resurs, nə güc, nə də vasitə var", - Alaudinov bildirib.
O, həmçinin xüsusi əməliyyatın 2024-cü ilin sonuna qədər başa çatacağına inanır.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın əksini etmək şansı qalmamışdı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi.