DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib

İŞİD terror təşkilatına qarşı keçirilən “Gürz-4” əməliyyatları zamanı 99 şübhəli saxlanılıb.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
“Milliyet” qəzetinin yaydığı məlumata görə, əməliyyatlar ölkənin 26 vilayətini əhatə edib.
"Daxili İşlər Naziri Əli Yerlikayanın sosial şəbəkədə verdiyi açıqlamaya görə, İstanbul, Ankara və İzmir də daxil olmaqla 26 vilayətdə İŞİD terror təşkilatına qarşı “Gürz-4” əməliyyatları həyata keçirilib" - qəzet yazıb.
Əməliyyat nəticəsində ümumilikdə 99 şübhəli şəxs saxlanılıb. Əməliyyatın İstanbul qanadında 11 əcnəbi terrorçu ələ keçirilib. Şübhəlilərdən 5-nin şəxsiyyət vəsiqəsi və vizası olmayıb. Onların barəsində deportasiya qərarı olan təşkilat üzvü olduğu üzə çıxıb.
06.04.24, 13:29
Türkiyədə 50-yə yaxın İŞİD şübhəlisi saxlanılıb
Türkiyə təhlükəsizlik qüvvələri *"İslam Dövləti" (İD, Rusiya Federasiyasında qadağan olunmuş ekstremist təşkilat) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 48 nəfəri saxlayıb, onlardan 30-unun yanvarda İstanbulda kilsəyə hücum edən silahlılarla əlaqəli olduğu bildirilir. Bu barədə X sosial şəbəkəsində Daxili İşlər Naziri Əli Yerlikaya yazıb.

"İD-ə qarşı keçirilən əməliyyat nəticəsində 48 şübhəli saxlanılıb, onlardan 30-u İstanbulda saxlanılıb. Saxlanılanlar İstanbulda Müqəddəs Məryəm kilsəsinə hücum edən və ya (təmasda olub - red.) onlarla əlaqəlidir", – nazir yazıb.

Nazir daha əvvəl məlumat vermişdi ki, 2023-cü il iyunun 1-dən cari ilin martın 25-dək İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən 2,9 mindən çox şəxs saxlanılıb, onlardan 700-ə yaxını həbs edilib.
Oxşar əməliyyatlar Türkiyədə mütəmadi olaraq həyata keçirilir.
Daha əvvəl "Hürriyet" qəzeti mənbələrə istinadən yazıb ki, Ankara Moskva yaxınlığındakı "Crocus City Hall"a hücum edənlər haqqında məlumatları diqqətlə öyrənib, Türkiyə terrora qarşı mübarizə aparmaq üçün bütün məlumaltarı Moskvaya təqdim edir və informasiya mübadiləsini genişləndirməyə hazırdır. Yanvarın 28-də iki maskalı şəxsin İstanbulun şimalında katolik kilsəsinə silahlı hücumu nəticəsində 52 yaşlı Türkiyə vətəndaşı həlak olub. Mətbuat hücuma görə məsuliyyəti Rusiya Federasiyasında qadağan edilmiş "İslam Dövləti" (İD) terror qruplaşmasının üzərinə götürdüyünü yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.