RUSİYA

Moskva danışıqlara hazır olması ilə bağlı Kiyevdən heç bir izahat almayıb - Peskov

Podolyak daha əvvəl bəyan etmişdi ki, beynəlxalq hüquq konsepsiyasına əsaslanan şərtlərlə Kiyev Rusiya ilə danışıqlara hazırdır.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Zelenskinin ofis müşaviri Mixail Podolyakın Moskva ilə danışıqlara hazır olması ilə bağlı açıqlamaları kifayət qədər sxolastikdir, Rusiya Kiyevdən heç bir izahat almayıb. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bir daha təkrar edirik, bütün bunlar kifayət qədər sxolastikadır, biz bu məsələ ilə bağlı hər hansı təfərrüatlı izahat eşitməmişik" - Peskov bildirib .
Podolyak daha əvvəl bəyan etmişdi ki, beynəlxalq hüquq konsepsiyasına əsaslanan şərtlərlə Kiyev Rusiya ilə danışıqlara hazırdır.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın əksini etmək şansı qalmamışdı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi.