DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ və Yaponiya Asiya-Sakit okean regionunda silahlı münaqişəyə hazırlaşır

Tokionun Rusiya sərhədləri yaxınlığında ABŞ və digərləri ilə birgə həyata keçirdiyi təxribat xarakterli fəaliyyətləri Moskvada nəzərə alınır.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Belə görünür ki, ABŞ və Yaponiya KXDR, Çin və Rusiyanın təhdidləri bəhanəsi ilə Asiya-Sakit okean regionunda genişmiqyaslı silahlı münaqişəyə hazırlığına başlayıblar. Bunu Rusiya XİN-in informasiya və mətbuat direktorunun müavini Andrey Nastasin bildirib.
"Görünür, hər iki tərəf KXDR, Çin və Rusiyadan qaynaqlandığı iddia edilən təhdidlərin arxasında gizlənərək Asiya-Sakit okean regionunda genişmiqyaslı silahlı münaqişəyə hazırlaşır", o deyib.
"Dəfələrlə xəbərdarlıq etmişik ki, bu cür fəaliyyət yalnız Asiya-Sakit okean regionunda gərginliyin və silahlanma yarışının səviyyəsini artıra bilər. Rəsmi Tokioya mütəmadi olaraq xatırladırıq ki, onun Rusiya sərhədləri yaxınlığında ABŞ və digərləri, o cümlədən qeyri-regional NATO dövlətləri ilə birgə həyata keçirdiyi təxribat xarakterli fəaliyyətləri müdafiə quruculuğumuzda lazımi qaydada nəzərə alınır. Bu, adekvat cavab tədbirləri görməyi qaçılmaz edir. Bu məsələ ilə bağlı müvafiq koordinasiya Çin və Şimali Koreya tərəfdaşları ilə həyata keçirilir" - o, vurğulayıb.