RUSİYA

Putin Təhlükəsizlik Şurasının iclasını keçirir

Rusiya prezidenti iştirakçılara deyib ki, planlaşdırılan məsələlərlə yanaşı, son dövrlərin ən aktual hadisələrini müzakirə etsinlər və onun üzərində dayansınlar.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirir.
Görüşün gündəliyinə bir çox məsələlər daxildir.
Putin iclasa başlayaraq qeyd edib ki, iştirakçılar Rusiyanın maraqlarını narahat edən bir sıra beynəlxalq məsələləri müzakirə edəcəklər.
"Mən sizdən xahiş edərdim ki, planlaşdırılan məsələlərlə yanaşı, son dövrlərin ən aktual hadisələrini müzakirə edəsiniz və onun üzərində dayanasınız" - Putin Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edib.