Qarabağın dirçəlişi və reinteqrasiyası

Laçının hansı kəndləri yenidən salınır və növbəti köç nə zaman olacaq?

Rayonun Bəylik və Güləbird kəndlərinə köç olacaq, Qorçu qəsəbəsi yenidən inşa ediləcək.
Sputnik
BAKI, 2 avqust — Sputnik. 2024-cü ilin ikinci yarısı, 2025-ci ilin əvvəlində Laçının Bəylik kəndinin tikilib istifadəyə verilməsi və oraya 91 ailənin köçürülməsi nəzərdə tutulub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
O qeyd edib ki, Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlamaq planlaşdırılır:
"Bu günə qədər Laçın şəhərinə 2 003 nəfər köçürülüb və bundan sonra da paralel olaraq hər ay 20 ailənin köçürülməsi nəzərdə tutulub. Zabux kəndinə 2023-cü il ərzində 789 nəfər köçürülüb, Sus kəndinə isə bu ilin may-iyun aylarında 59 ailə köçürülüb. Bundan sonra biz Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlamağı planlaşdırırıq. Layihədə olan evlərin və binaların layları tam ekspertizadan çıxacaq, sonra biz təmir-tikinti işlərinə başlayacağıq".
Xüsusi nümayəndə rayonun Qorçu qəsəbəsinin inşasından da söz açıb:
"Qorçu Laçın rayonundakı ən böyük qəsəbədir və orada hava limanı tikilir. Qorçu kəndinin layihəsi üzərindəki işləri bu il tamamlanır və onun yanında Qorçu qəsəbəsinin tikintisinə başlayacağıq. Yəqin ki, 2025-2026-cı illərdə qəsəbədə tikinti işləri yekunlaşacaq".
Güləbird kəndinin sakinləri doğma yurdlarına qayıdacaq
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib ki, Laçın rayonunun Güləbird kəndinin sakinləri doğma yurdlarına qayıdacaq.
O, "Gənclər Yaşıl Dünya Naminə" Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib ki, növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq.
Güləbird kəndinə köçün bu ilin ikinci yarısında həyata keçiriləcəyi bildirilib. Qeyd edək ki, Güləbird kəndi İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilib.
2006-cı ilin statstikasına görə Güləbird kəndinin əhali sayı 1460 nəfər olub. Xatırladaq ki, Laçın rayonuna köç ötən ilin may ayında başlayıb. Hazırda Laçın şəhərində iki mindən, Zabux və Susda isə mindən çox sakin məskunlaşıb.
28.02.24, 12:17
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 24 ailə - 89 nəfər köçürülür. Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 672 ailənin, yəni 2513 nəfərin daimi məskunlaşması təmin edilib.
28.12.23, 10:15
Laçın şəhərinə növbəti köç karvanı yola düşüb
Bu gün, dekabrın 28-də Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Sputnik Azərbaycan xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 25 ailə (80 nəfər) köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Laçına növbəti köç karvanı yola düşüb
Laçın şəhər sakini Solmaz Topaq mətbuata açıqlamasında bildirib ki, anasını 31 ildən sonra Laçına yola salır.
Laçına növbəti köç karvanı yola düşüb

"Nəhayət ki, 31 ildən sonra anam dədə-baba yurduna geri qayıdır. Özüm də son zamanlarda Laçına səfər etmişdim. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Zəfər qazandı. Hər şey daha yaxşı olacaq".

Məlumat üçün bildirək ki, İndiyədək Laçın şəhərində 408 ailənin (1555 nəfər) daimi məskunlaşması təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.